Tramp çıxış edərkən mühafizəçilər tərəfindən aparılıb - VİDEO

ABŞ prezidenti Donald Tramp Ağ Evdə mətbuat konfransı keçirən zaman qəribə hadisə baş verib.

365News xəbər verir ki, mühafizəçilərdən biri Trampın qulağına nəsə deyib və onlar zalı tərk ediblər.

Bir müddət sonra geri dönən Tramp konfransı tərk etməsinin səbəbini açıqlayıb.


O deyib ki, Ağ Evin yaxınlığında atışma baş verib və bir nəfər yaralanıb.